Güləş üzrə Bakı şəhər birinciliyi keçirilib

Güləş üzrə Bakı şəhər birinciliyi keçirilib

Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, 1996-97-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən yarışda idmançılar aşağıdakı çəki dərəcələri üzrə mübarizə aparıblar.

Sərbəst güləş üzrə çəki: 42 kq, 46 kq, 50 kq, 54 kq, 58 kq, 63 kq, 69 kq, 76 kq, 85 kq, 100 kq.

Yunan-roma güləşi üzrə çəki: 42 kq, 46 kq, 50 kq, 54 kq, 58 kq, 63 kq, 69 kq, 76 kq, 85 kq, 100 kq.

Sərbəst güləş üzrə yarışlarda 245 idmançı yarışıb. Yarışlarda 42 kq çəki dərəcəsində I yerə Abbasov Orxan (Azəri İK), 50 kq çəki dərəcəsində I yerə Əmiraslanov Mahir (ROİL), 58 kq çəki dərəcəsində I yerə Əliyev Məhəmmədəli (MOİK), 69 kq çəki dərəcəsində I yerə Quluzadə Ramin (Neftçi İSM), 85 kq çəki dərəcəsində I yerə Qurbanov Turxan (Zenit), 46 kq çəki dərəcəsində I yerə Kosayev Bayram (ROİL), 54 kq çəki dərəcəsində I yerə Rəhimov Nurlan (Neftçi), 63 kq çəki dərəcəsində I yerə Xıdırov Elvin (MOİK), 76 kq çəki dərəcəsində I yerə Xalıqov Murad (MOİK), 100 kq çəki dərəcəsində I yerə Hacızadə İqbal layiq görülüb.

Yunan-roma güləşi üzrə yarışlarda 295 idmançı mübarizə aparıb. Nəticələrə görə, 42 kq çəki dərəcəsində I yerə Cəfərov Kənan (Pəhləvan), 50 kq çəki dərəcəsində I yerə Yaqubzadə İsrafil (Təhsil RİM), 58 çəki dərəcəsində I yerə Məmmədov Kamil (Gömrük), 69 kq çəki dərəcəsində I yerə Kərimov Mehrac (Neftçi İSM), 85 kq çəki dərəcəsində I yerə Məmmədov Aqşin (İnter), 46 kq çəki dərəcəsində I yerə Məcidzadə Xancavad (Cəngi), 54 kq çəki dərəcəsində I yerə Allahverdiyev Murad (DİN İC), 63 kq çəki dərəcəsində I yerə Əlmirzoyev Sənan (Xəzər), 76 kq çəki dərəcəsində I yerə Xəlilov Pünhan (Cəngi), 100 kq çəki dərəcəsində I yerə Feyziyev Cavid (Pəhləvan) layiq görülüb.

Qalib gəlmiş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar. I-III yeri tutmuş idmançılar Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş respublika yarışına vəsiqə qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə