"Fənərbaxça" 36 il sonra "Beşiktaş"ı 3:0 məğlub etdi!

"Fənərbaxça" 36 il sonra "Beşiktaş"ı 3:0 məğlub etdi!

Dünən axşam futbol üzrə Türkiyə Superliqasında 7-ci turun sonuncu qarşılaşmaları keçirilıib. Siasport.az saytı xəbər verir ki, əsas diqqətlər "Fənərbaxça" və "Beşiktaş" arasında keçirilən derbi oyununa çevrilmişdi. Bu derbidən bir neçə gün əvvəl UEFA Avropa Liqasının qrup mərəhələsində Almaniyada "Borussiya"nı 4:2 hesabı ilə məğlub etmiş "sarı lacivərtlilərin", "Beşiktaş"la qarşılaşmaya yüksək əhval-ruhiyyədə çıaxacaqları gözlənilirdi. Qarşılaşmanın elə ilk dəqiqlərindəcə hər şey gözlənilən kimi oldu. Meydanda topa daha çox nəzarət edən "Fənərbaxça", Gokan Könül və Sovun qolları ilə derbidən 3:0 hesablı qələbə ilə ayrıldı. Turnir cədvəlinin lideri olan "Qalatasaray" isə öz meydanında "Eskişehirspor"la qolsuz bərabərliyə razı olub.

Türkiyə Superliqasında VII turun oyunları

"Karabükspor" - "Orduspor" - 1:1
Qollar:
Şelton, 5 (1:0), Stanku, 67 (1:1)

"Trabzonspor" - "Kasımpaşa" - 1:0
Qol:
Adin, 7 (1:0)

"Qaziantepspor" - "Antalyaspor" - 0:1
Qol:
Diarra, 31 (0:1)

6 oktyabr

"İstanbul BB" - "Gənclərbirliyi" - 0:2
Qollar:
Demir, 54 (0:1), Meriç, 60 (0:2)

"Elazığspor" - "Akhisar Bələdiyyəspor" - 0:0

"Qalatasaray" - "Eskişehirspor" - 1:1
Qollar:
Yılmaz, 59 (1:0), Zengin, 89 (1:1)

7 oktyabr

"Sivasspor" - "Bursaspor" - 2:2
Qollar:
Deniz, 13 (0:1), Belluşi, 59 (0:2), Navratil, 85 (1:2), Eneramo, 87 (2:2)

"Mersin İdmanyurdu" - "Kayserispor" - 1:2
Qollar:
Kleyton, 20 (0:1), Nobre, 53 (1:1), Steinson, 77 (1:2)

"Fənərbaxça" - "Beşiktaş" - 3:0
Qollar:
Sou, 13 (1:0), G.Gönül, 40 (1:0), 59 (3:0)

Bütün xəbərlər Facebook səhifəmizdə