Futbol üzrə Azərbaycan milli komandasının heyətindən iki futbolçu çıxardılıb. Siasport.az saytının məlumatına görə, "Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov və "Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyev zədəli olduğu üçün heyətdən kənarlaşdırılıb.
Xatırladaq ki, 2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskva şəhərindəki Lujniki stadionunda keçiriləcək Rusiya - Azərbaycan oyununa hazırlıq məqsədilə bu gün Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb. Bakıda həyata keçirilən hazırlıq prosesi oktyabrın 13-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB