Sabah İsveçrənin Sürix şəhərində 2013-cü ildə keçiriləcək qadın voleybolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi təşkil olunacaq. Siasport.az saytının məlumatına görə, seçmə mərhələdə inamlı oyun nümayiş etdirərək finala vəsiqə qazanan Azərbaycan yığmasının rəqibləri də müəyyənləşəcək. Püşkatma mərasimində Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi Mixayıl Frişman iştirak edəcək.
Final mərhələsində Azərbaycanla yanaşı, Almaniya, İsveçrə, Serbiya, Türkiyə, İtaliya, Polşa, Rusiya, Belçika, Bolqarıstan, Xorvatiya, Hollandiya və İspaniya yığmaları mübarizə aparacaqlar. Bundan başqa, Slovakiya-Ukrayna, Belarus–Rumıniya və Fransa-Çexiya cütlüklərinin qalibləri də finala vəsiqə qazanacaqlar.
Qeyd edək ki, Avropa çempionatının finalı gələn il Almaniya və İsveçrədə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB