AFFA pul payladı

UEFA 2012-ci ildə keçirilən Avropa çempionatının final, eləcə də seçmə qrup mərhələsi çərçivəsində yığma komandanın formasını geyinən futbolçuların klubları üçün UEFA Konqresinin qərarına əsasən ayırdığı vəsaiti Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının hesabına köçürüb. Siasport.az saytının məlumatına görə, AFFA da öz növbəsində müvafiq olaraq həmin vəsaiti ödəniş anket formasını assosiasiyaya təqdim edən klublara ödəyib. Əlavə edək ki, pul məbləği futbolçuların yığmanın heyətində keçirdiyi oyunların sayına görə ayrılır.

Ödəniş edilmiş klubların siyahısını təqdim edirik:

AZAL

67578,87 AZN

( 6 futbolçuya görə)

"Qarabağ"

295844,81 AZN

(12 futbolçuya görə)

"Sumqayıt"

17019,21 AZN

(1 futbolçuya görə)

"İnter"

128 629,83 AZN

(7 futbolçuya görə)

"Xəzər Lənkəran"

155014,33 AZN

(7 futbolçuya görə)

Qeyd edək ki, digər klublara ödəniş müvafiq anket forması təqdim edildikdən sonra həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com