Rövnəq Abdullayevin Mübariz Mənsimova müraciətinə Mais Mənsimov cavab verdi
Azərbaycan milli komandasının və "Xəzər Lənkəran" FK-nın futbolçusu Kamran Ağayevlə bağlı AFFA-nın prezidenti Rövnəq Abdullayevin "Xəzər Lənkəran" klubunun fəxri prezidenti Mübariz Mənsimova müraciətinə münasibət bildirilib. Siasport.az saytının məlumatına görə, "Xəzər Lənkəran" klubunun prezidenti Mais Mənsimov bu məsələ ilə bağlı açıqlama verib: "AFFA prezidentinin müraciətinə cavabımız müsbət olacaq. Baş məşqçi Yunis Hüseynovun da qərarına əsasən, məsələ öz həllini tapacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB