AZAL-ın məğlubiyyətsiz oyunlar seriyası qırıldı

AZAL-ın məğlubiyyətsiz oyunlar seriyası qırıldı

AZAL Topaz Premyer Liqasının VIII turunda məğlub olmaqla uğurlu seriyanın qırılması ilə barışıb. Siasport.az saytının məlumatına görə, cari mövsümün ilk 7 oyununda yenilməyən paytaxt təmsilçisi "Xəzər Lənkəran"la ev oyununda 0:2 hesabı ilə məğlub oldu.

AZAL sonuncu dəfə ötən mövsümün XXXI turunda "Sumqayıt"la səfər matçında uduzmuşdu - 0:1. Mayın 6-dakı məğlubiyyətdən sonra 8 matç yenilməyən AZAL 150 gündən sonra xalsız qaldı.

Bütün xəbərlər Facebook səhifəmizdə