"Neftçi" dünya klublarının reytinqində 46 pillə irəlilədi

"Neftçi" dünya klublarının reytinqində 46 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) sentyabr ayı üçün "Dünyanın ən yaxşı futbol komandaları"nın reytinqində yer alan yeganə Azərbaycan klubu "Neftçi" oldu. Siasport.az saytının məlumatına görə, IFFHS jurnalistlər və futbol ictimaiyyətinin tanınmış simalarının verdiyi səslərlə formalaşdırdığı, klubların beynəlxalq və milli çempionatlarda oynadığı matçlar nəzərə alınaraq hazırladığı sıralamasında 1 oktyabr 2011 və 30 sentyabr 2012-ci il tarixləri arasındakı son bir illik müddəti əhatə edən statistikanı açıqlayıb.

Öncəki aya görə 46 pillə irəliləyən "Neftçi" 78.0 xalla 259-cu sırada qərarlaşıb.

Neftçinin Avropa Liqasındakı rəqiblərindən "İnter" 185 xalla 28-ci, "Rubin" 119 xalla 95-ci, "Partizan" isə 117 xalla 105-ci pillədə yer alıb.

Türkiyə komandalarından ilk 100-lükdə sadəcə "Fənərbaxça"nın adına rast gəlmək olar.

IFFHS-nin "Dünyanın ən yaxşı futbol komandaları" reytinqində sentyabr ayı üçün dəyərləndirməsində yer alan digər komandaların sıralaması:

İLK 10
1. Barselona (İspaniya) 343
2. Universidad (Çili) 300
3. Boca Juniors (Argentina) 286
4. Real Madrid (İspaniya) 281
5. Atletiko Madrid (İspaniya) 264
6. Çelsi (İngiltərə) 256
7. Bayern Münih (Almaniya) 248
7.(8) Korinthians (Braziliya) 248
9. Athletik Bilbao (İspaniya) 240
10. Velez Sarsfield (Argentina) 227
-------------------------------------
56. Fenerbahçe (Türkiyə) 147,5
114. Beşiktaş (Türkiyə 112,5
139. Trabzonspor (Türkiyə 105
163. Galatasaray (Türkiyə) 97.5
---------------------------------------
259. Neftçi (AZƏRBAYCAN) 78.0

Bütün xəbərlər Facebook səhifəmizdə