Mövsümün 100-cü qolu vuruldu STATİSTİKA

Mövsümün 100-cü qolu vuruldu STATİSTİKA

Topaz Premyer Liqasında mövsümün 100-cü qolu vurulub. Siasport.az saytının məlumatına görə, bu, VIII turun "Rəvan" - "İnter" oyununda baş verib. Matçda hesabı açan Nizami Hacıyev çempionatın yubiley qolunun müəllifi olub. Ümumilikdə isə baş tutan 43 oyunda 101 qol vurulub və orta məhsuldarlıq 2,35-ə bərabərdir.

Qeyd edək ki, 2012/13-cü il mövsümünün ilk qolunu avqustun 4-də baş tutan "Kəpəz" – "Turan" oyununda İrakli Beraya vurmuşdu. Həmin vaxt Gəncə təmsilçisində oynayan hücumçu 10-cu dəqiqədə fərqlənmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə