Uqandalı jurnalist: "Milli mətbəxinizin nümunələri çox dadlıdır"

Uqandalı jurnalist: "Milli mətbəxinizin nümunələri çox dadlıdır"

"Bakı haqqında xoş təəssüratlarımı həmvətənlərimlə məmnuniyyətlə bölüşəcəyəm. Şəhəriniz xoşuma gəlir". Siasport.az saytının məlumatına görə, bu sözləri Uqandanın "Chanel 44" televiziya kanalının idman müxbiri Arnold Ntambi deyib.

Jurnalist qeyd edib ki, Bakının hər yerində FİFA U-17 qadınlararası dünya çempionatının əhval-ruhiyyəsi duyulur: "Şəhərinizdə gəzməli yerlər çoxdur, milli mətbəxinizin nümunələri çox dadlıdır".

Mundialdan danışan uqandalı jurnalist Tofiq Bəhramov adına Respublika stadionunun çox gözəl və modern olduğunu diqqətə çatdırıb. O, mətbuat mərkəzində yaradılmış şəraitdən razılığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə