Kaxaber Sxadadze: "Qələbəyə layiq idik"

Kaxaber Sxadadze: "Qələbəyə layiq idik"

Topaz Premyer Liqasının VIII turunda "İnter" səfərdə "Rəvan"la qarşılaşıb. Siasport.az saytının məlumatına görə, oyunda "İnter" 2:0 hesabı ilə qələbə qazanıb. Baş məşqçilərin fikirlərini nəzərinizə çatdırırıq:

Kaxaber Sxadadze, "İnter" klubunun baş məşqçisi: "Rəqibimiz yaxşı təsir bağışladı. Biz də pis oynamadıq. İlk qoldan sonra üstünlüyü rəqibə verdik. Ancaq ikinci hissədə yaxşı oynadıq və yenə qol vurduq. Qələbəyə layiq idik. "Rəvan"ın yeni baş məşqçisinə uğurlar arzulayıram".

Kemal Alispahiç, "Rəvan" klubunun baş məşqçisi: "Maraqlı oyun oldu. Taktiki cəhətdən rəqib güclü idi. "İnter"in hər iki qolu gözlənilməz oldu. İlk qoldan sonra açıq futbol oynamağa çalışdıq. İkinci qol isə 50 oyunda bir dəfə vurula bilər. Çox baxımlı qol alındı. Komandadakı boşluqları aradan qaldırmağa çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə