Bojidar Bandoviç: "Buraxdığımız qol bizim üçün gözlənilməz oldu"

Bojidar Bandoviç: "Buraxdığımız qol bizim üçün gözlənilməz oldu"

Topaz Premyer Liqasının VIII turunda "Bakı" doğma meydanda "Qəbələ"nin müqavimətini qıra bilmədi - 1:1. Siasport.az saytı hər iki komandanın baş məşqçilərinin fikirlərini nəzərinizə çatdırır:

Ramiz Məmmədov, "Qəbələ" klubunun baş məşqçisi: "Bu cür gözəl idman kompleksinə görə "Bakı" klubuna təşəkkürümü bildirirəm. Oyunun çox çətin olacağını bilirdik. 3 xal qazanmaq istəyirdik, lakin iki xal itirdik. 60 dəqiqə azlıqda oynadıq, buna baxmayaraq, futbolçularım əzmkarlıq göstərdilər, sonadək mübarizə apardılar. Komandama oyuna görə təşəkkür edirəm".

Bojidar Bandoviç, "Bakı" klubunun baş məşqçisi: "Güclü rəqibə qarşı oynadıq. Qol imkanlarımız var idi, lakin yalnız birindən faydalana bildik. Oyuna bir az sinirli başladıq, buraxdığımız qol bizim üçün gözlənilməz oldu. "Qəbələ"yə qarşıdakı oyunlarda uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə