Qadın həndbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. Siasport.az saytının məlumatına görə, dördüncü qrupda yer alan komandamız Türkiyə yığması ilə görüşüb. Ankarada Türkiyə Həndbol Federasiyasının idman salonunda keçirilən qarşılaşmada yığmamız məğlubiyyətlə barışıb.
Matçın ilk hissəsində 7:16 hesabı ilə uduzan yığmamız fasilədən sonra da rəqibindən zəif təsir bağışlayıb – 19:35.
Qeyd edək ki, yığmamızın qrupunda Türkiyə ilə yanaşı, Portuqaliya millisi də yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB