"Simurq" hazırlıqları tamamlayıb

"Simurq" hazırlıqları tamamlayıb

Sabah "Sumqayıt"ı qonaq edəcək "Simurq" bu gün axşam saatlarında son məşqinə çıxıb. Siasport.az saytının məlumatına görə, tam heyətlə hazırlıqları tamamlayan Zaqatala təmsilçisi 1 saata yaxın davam edən məşq prosesində isinmə hərəkətlərindən sonra qısa ötürmələr və hücum təşkili üzərində çalışıb. Bundan sonra istirahətə çəkilən komanda, matçın start saatını gözləməyə başlayıb.

Qeyd edək ki, Zaqatala şəhər stadionunda keçiriləcək "Simurq" - "Sumqayıt" qarşılaşmasını Rauf Cabbarov idarə edəcək. Ona Ramiz Əsədov və İsgəndər Əliyev kömək edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə