Futbol üzrə Türkiyə millisinin keçmiş çalışdırıcısı olan Quss Hiddinq, İstanbulun "Fənərbaxça" futbol klubunun ulduz forvardını öz komandasında görmək istəyir. Siasport.az saytı xəbər verir ki, hollandiyalı futbol mütəxəssisi, baş məqşçisi olduğu Mahaçqala "Anji"sinin heyətinə daha bir ulduz futbolçu qatmaq üçün bu dəfə gözünü "Fənərbaxça"nın slovakiyalı ulduz futbolçusu Miroslav Stoka çevirib. Türkiyə mətbuatına açıqlama verən futbolçunun meneceri bildirib ki, onlar Moskva "Dinamo"su və "Anji"dən transfer tıəklifləri alıblar: " Lakin "Anji"nin 17 milyon avroluk təklifi "Fənərbaxça"nı qane etmədiyi üçün ilkin cəhd baş tutmayıb. M.Stok, daima Çempionlar Liqasında çıxış etmək istəyir. Onun üçün pul önəmli deyil. Əsas uğurlu koryeradır"-deyə menecer fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB