Bu axşam "Neftçi" italyan "ovuna" çıxacaq!

Bu axşam "Neftçi" italyan "ovuna" çıxacaq!

Bu axşam UEFA Avropa Liqasının qrup mərəhələsində 2-ci turun qarşılaşmaları keçiriləcək. Siasport.az saytı xəbər verir ki, saat 21:00-da Bakının "Neftçi" futbol klubu, "Tofiq Bəhramov" adına Respublika stadionunda Milan "İnter"ini qəbul edəcək. Bu mövsüm oynadığı möhtəşəm futbol ilə təkcə Azərbaycan futbol ictimaiyyətini deyil, həm də bütün Avropanı təəcübləndirməkdə davam edən "ağ qaralar", dünyanın adlı-sanlı klubu ilə prinsipial dueldən qalib ayrılmaq üçün meydana çıxacaqlar. Keçən mövsüm UEFA Çempionlar Liqasının 1/4 final mərəhələsinə qədər irəliləyərək, Joze Maurinyonun alqışını qazanan Kipr "APOEL"ini turnirdən kənarlaşdıran "Neftçi", bu axşam gerçək gücünü Avropa nəhəngi "İnter"ə göstərəcək. Bu prinsipial qarşılaşmada komandamızın uğurlu nəticə ilə meydandan ayrılacağına hər birimiz inanırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə