Bu gün "Kempinski Hotel Badamdar"da "City Challenge" şirkətinin Media Əlaqələri Şöbəsinin rəhbəri Rene de Boer yerli televiziya və agentliklərin nümayəndələri ilə görüşüb. Siasport.az saytının məlumatına görə, tədbirdə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə oktyabrın 26-28-də Bakıda ilk dəfə olaraq GT3 və tarixi Formula 1 yarışlarının keçiriləcəyi bildirilib.
Qeyd edilib ki, beynəlxalq tədbir Avropanın telekanalları vasitəsilə və Azərbaycanda İctimai TV ilə canlı yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB