İdman dırmanması üzrə açıq respublika çempionatı keçirilib

İdman dırmanması üzrə açıq respublika çempionatı keçirilib

"ClimBaku" idman dırmanması mərkəzində açıq respublika çempionatı keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda 23 idman klubundan 90-dan artıq idmançı iştirak edib. Çempionatda Gürcüstandan gəlmiş idmançılar da qüvvələrini sınayıblar.
Yarış üç növ - boulderinq (qısa mürəkkəb məsafələrdə), sürət və çətinlik üzrə Beynəlxalq İdman Dırmanması Federasiyasının standart və qaydalarına uyğun olaraq keçirilib.
Kişilərin boulderinq yarışlarında İlham İsrafilov, çətinlik və sürət üzrə turnirlərdə Çingiz Tağızadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qadınların çətinlik və sürət üzrə yarışlarında Anna Şakaraşvili (Gürcüstan), boulderinq üzrə turnirdə Sofiya Qoqiledaşvili (Gürcüstan) qızıl medal qazanıblar. Qadınların sürət üzrə yarışlarında Azərbaycan idmançısı Aysel Sultanova dördüncü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə