"Bakı" futbol klubunun yarımmüdafiəçisi Elvin Məmmədov milli komandanın düşərgəsinə dəvət olunub. Siasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyuna dəvət olunan futbolçular sırasında Elvin Məmmədov da var. O,14 oktyabr 2012-ci il tarixdə oynanılacaq Rusiya-Azərbaycan oyununda forma geyəcək.
Qeyd edək ki, haqqında söhbət gedən oyun Moskvanın "Lujniki" arenasında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB