Aida Bah: "Bakıda gördüklərimdən heyrətlənirəm"

Aida Bah: "Bakıda gördüklərimdən heyrətlənirəm"

"Məmnuniyyətlə Bakıya yenidən səfər edərdim. Burada gördüklərimdən heyrətlənirəm". Siasport.az saytının məlumatına görə, bu sözləri Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) üzvü, Qambiyanın "Unique FM" radiosunun idman müxbiri Aida Bah deyib. Xanım jurnalist bildirib ki, Bakı şəhəri çox gözəldir. Burada insanın zövqünü oxşayan parklar, ümumiyyətlə, istirahət etməli yerlər çoxdur. Xüsusilə Dənizkənarı Milli Park dincəlmək üçün əvəzsizdir.
FİFA U-17 qadınlararası dünya çempionatından danışan qambiyalı qonaq mundial üçün inşa olunmuş stadionların bütün standartlara cavab verdiyini, yaraşıqlı və modern olduğunu söyləyib. O bildirib ki, Mətbuat Mərkəzində hər cür şərait yaradılıb, kompyuterlərdən, yüksək sürətli internetdən rahatlıqla istifadə etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə