Topaz Premyer Liqasının VIII turu çərçivəsində keçirilən AZAL - "Xəzər Lənkəran" matçından sonra "təyyarəçilər"in baş məşqçisi Vaqif Sadıqov fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o, komandasının 90 dəqiqə ərzində üstün görünməsinə baxmayaraq, ustalıq səviyyəsində "Xəzər Lənkəran"a məğlub olduğunu qeyd edib: "Biz də bu oyuna ciddi hazırlaşmışdıq və qələbə qazanmaq əzmində idik. Ancaq "Xəzər Lənkəran" oyunçularının ustalıq səviyyəsi qat-qat yüksəkdir. Bu, nə vaxtsa baş verməliydi. Komandamın bugünkü oyunu göstərdi ki, biz düz yoldayıq və bu yolumuzu davam edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB