Yunis Hüseynov: "Bu qələbə bizim üçün çox vacib idi"

Yunis Hüseynov: "Bu qələbə bizim üçün çox vacib idi"

Topaz Premyer Liqasının VIII turu çərçivəsində keçirilən AZAL - "Xəzər Lənkəran" oyunundan sonra təşkil olunan mətbuat konfransında baş məşqçilər görüş haqqında fikirləri ilə bölüşdülər. Siasport.az saytının məlumatına görə, "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov oyunun ağır keçidiyini bildirib: "Biz bilirdik ki, AZAL tam fərqlı oyun nümayış etdirir. AZAL bu mövsümdə məğlubiyyət görmədiyindən bu komandada yüksək ab-hava hökm sürür. Ancaq mən diqqətlə onun oyununu təhlil etmişdim".

Mütəxəssis qeyd edib ki, yaşadığı ardıcıl məğlubiyyətlərdən sonra "Xəzər Lənkəran"da əhval-ruhiyyə yaxşı deyildi. "Bu qələbə bizim üçün çox vacib idi. Futbolçularım bu gün sona qədər mübarizə aparıb, qələbə qazandılar. Qarşıdakı oyunlarda da qələbə qazanıb, vəziyyətimizi yaxşılaşdırmağa çalışacağıq", - deyə Yunis Hüseynov vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə