Almaniya futbolunun artıq veteran futbolçularından sayılan Mixail Ballak, yaşıl meydanlarla vidalaşdığını açıqlayıb. Siasport.az saytı xəbər verir ki, vəkilləri vasitəsi ilə açıqlama yayan 36 yaşlı M.Ballak bildirib ki, o artıq bundan sonrakı həyatını ailəsinə və dostlarına sərf etməyi düşünür. Alman futbolunun son illərdəki ən istedadlı isimlərindən sayılan M.Ballak, 98 dəfə futbol üzrə Almaniya millisinin formasını geyinib. M.Ballak "Bavariya" ilə 4 dəfə Almaniya çempionu, "Çelsi" ilə isə 1 dəfə İngiltərə çempionu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB