"Xəzər Lənkəran" rəqib meydanında qələbə qazandı

"Xəzər Lənkəran" rəqib meydanında qələbə qazandı

Bu gün Azərbaycan Premyer Liqasında VIII turun oyunlarına start verilib. İlk oyun günündə Bakının AZAL klubu "Xəzər Lənkəran"ı qəbul edib. Lənkəran təmsilçisi fasiləyə Manuel Skarlatakenin dublu ilə yollanıblar. Fasilədən sonra qol qeydə alınmadığından, oyun elə bu hesabla da başa çatıb -0:2.

Bu qələbədən sonra "Xəzər Lənkəran" 8 xalla 6-cı pilləyə yüksəlib.

Qeyd edək ki, Premyer Liqada VIII turun digər görüşləri sabah keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə