Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Yıldırım Dəmirörən, UEFA Çempionlar Liqasının qrup oyununda "Braqa"ya uduzan "Qalatasaray" barədə fikirlərini dilə gətirib. Siasport.az saytı Türkiyənin "Fotomaç.com.tr" saytına istinadən xəbər verir ki, Y.Dəmirörən İstanbul klubunun məğlubiyyətindən üzüldüyünü dilə gətirərək bildirib ki bu durum Türkiyənin UEFA-dakı mövqeləri baxımından da xoşagələn hal deyil. Türkiyənin bir futbol ölkəsi olaraq UEFA reytinqində xal ehtiyatının yüksəldilməsi üçün "Qalatasaray"ın qələbə qazanmasının vacib olduğunu deyən TFF prezidenti əlavə edib ki, qarşıdakı 4 qarşılaşmada "cim bom"un qələbə qazanaraq qrupdan çıxmağa nail olacağını düşünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB