Hazırda icarə əsasında İngiltərənin "Liverpul" futbol klubunda çıxış edən türkiyəli futbolçu Nuri Şahin, son günlər Premyer Liqada göstərdiyi uğurlu çıxışı ilə yenidən diqqətləri üzərinə cəlb edib. Siasport.az saytı Türkiyənin "Ligtv.com.tr" idman saytına istinadən xəbər verir ki, artıq "dumanlı albiom"un əksər iddialı komandaları, "Real"ın türkiyəli forvardı üçün "əllərini çırmalamağa" başlayıblar. Belə ki, London "Arsenal"ının menecerləri, mövsümarası fasilədə N.Şahini transfer etmək üçün kral klubu ilə təmaslar qurmağa başlayıblar. Türkiyə mətbuatı iddia edir ki, "Liverpul"dan fərqli olaraq, "Arsenal" N.Şahini birdəfələik transfer etməyi hədəfləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB