İspaniyanın "Atletiko" futbol klubunun baş məqşçisi Diyeqo Simeone, türkiyəli futbolçu Emre Belazoğlu və Avropa Liqasındakı iddiaları ilə bağlı açıqlamalarla ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, sabah UEFA Avropa Liqası çərçivəsində Çexiya "Viktoriya Plzen" klubu ilə qarşılaşacaq Madrid təmsilçisinin baş məşqçisi, bu qarşılaşmaya böyük önəm verdiklərini deyərək bildirib ki, onun komandası Avropa Liqasında uğurlu çıxışını bu il də davam etdirmək iddiasındadır: "Avropa Liqası bizə çox şey verib. Biz bu turnirdə uğurla çıxış etmək istəyirik. Emre Belazoğlu mənim ən çox sevdiyim futbolçular sırasındadır. Ona çempionat oyunlarında yetərincə şans verə bilmədiyim üçün utanıram. Belə futbolçunun oynamaması həqiqətən də arzuolunan hal deyil. Amma komandadakı rəqabəti də nəzərə almaq vacibdir. Lakin əminəm ki ona qarşıdakı turlarda geniş imkanlar verə biləcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB