AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə dövlət və özəl müəssisələr arasında Futbol Liqası təşkil edilib. Siasport.az saytının məlumatına görə, 13 komandanın iştirakı ilə baş tutan yarışın açılış mərasimi keçirilib. AFFA-nın Futbol Akademiyasının meydançasında keçirilən və 13 komandanın iştirak etdiyi liqanın ilk oyununda "Bank of Azerbaijan" və "Hilton Hotel" komandaları qarşılaşıb. Topa ilk zərbəni AFFA-nın baş katibi Elxan Məmmədov və İctimai Futbol Təşkilatları İctimai Birliyinin rəhbəri Elxan Tağızadə vurub. Qarşılaşma "Bank of Azerbaijan"ın 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB