Kolumbiyalı jurnalist Azərbaycandan danışdı

Kolumbiyalı jurnalist Azərbaycandan danışdı

"Futbol üzrə "FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012" son illərdə keçirilmiş yarışların ən yaxşılarından biridir. Mundialın açılış mərasimi çox möhtəşəm və yaddaqalan oldu". Siasport.az saytının məlumatına görə, bu sözləri Kolumbiyanın www.dulcestereo.co portalının idman müxbiri Alexandro Munevar Aguilar deyib. O bildirib ki, yarışın keçirilməsi ölkənin hər yerində hiss olunur. Burada hər şey gözəldir. İnsanlar bayram əhval-ruhiyyəsindədirlər. Azərbaycanlılar çox mehribandırlar. Həmçinin Mətbuat Mərkəzində çalışan könüllülər fəaldırlar. Adama kömək etmək üçün əllərindən gələni edirlər. Bakıda vaxtım çox gözəl keçir.

Kolumbiya millisinin mundialın dörddəbir final mərhələsinə adlaya bilməməsindən məyus olduğunu söyləyən A.Aguilar matçların gərgin idman mübarizəsi şəraitində keçdiyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə