Əziz Yıldırım: "Atam da gəlsə, "Fənərbaxça" üçün keçmərəm!"

Əziz Yıldırım: "Atam da gəlsə, "Fənərbaxça" üçün keçmərəm!"

İstanbulun "Fənərbaxça" futbol klubunun prezidenti Əziz Yıldırım, Almaniyaya səfər edərkən türkiyəli jurnalistlərin suallarını cavablandırıb. Siasport.az saytı xəbər verir ki, Ə,Yıldırım, kapitan Aleks de Souza ilə bağlı sualları cavablandırarkən bildirib ki, braziliyalının komandadan qovulmasına təəsüflənmir. Ə.Yıldırım, braziliyalı futbolçunun meydanda "Fənərbaxça" üçün nə qədər dəyərli olduğunu desə də, meydandan kənarda onun elədiyi hərəkətlərin qəbuledilməz olduğunu dilə gətirib. "Atam da gəlsə "Fənərbaxça" üçün keçmərəm" deyən Ə.Yıldırım, bundan sonra komandadakı nizam-intizam tədbirlərinin gücləndiriləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə