"Qarabağ" klubu artıq Gəncədədir. Siasport.az saytının məlumatına görə, Premyer Liqanın VIII turu çərçivəsində "Kəpəz"in qonağı olacaq Ağdam təmsilçisi Azərbaycanın 2-ci şəhərinə yollanıb. "Qarabağ" bu gün saat 17:00-da oyunun keçiriləcəyi Gəncə şəhər stadionunda 1 saatlıq məşq keçəcək.
Qeyd edək ki, "Kəpəz" - "Qarabağ" oyunu sabah - oktyabrın 4-də saat 16:00-da keçiriləcək.
Matçı Elçin Məmmədov idarə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB