Tuyqun Nadirov: "Ruslan Abışova haqsız qırmızı vərəqə göstərilməsəydi..."
"Biz Rəhim Həsənovu qərəzli idarəçilikdə ittiham etmirik. Onun klubumuzun əleyhinə qəsdən belə qərarlar verdiyini demək fikrimiz yoxdur. Rəhim Həsənovu hamı tanıyır, prespektivli hakimlərimizdən biridi". Siasport.az saytının məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov deyib.
"Turan"la oyunda baş verənlərə münasibət bildirən klub rəsmisi hakimin nəticəyə təsir edən səhvlərə yol verdiyini bildirib: "Belə oyunlarda bir az diqqətli olmaq lazımdır. Bu oyunu başqaları ilə qarışdırmasınlar. Hakim "Xəzər Lənkəran"ın futbolçularının psixoloji durumunu da nəzərə almalı idi. Bu futbolçuların təziq altında oynadığını görməli idi. Rəhim Həsənov istənilən halda nəticəyə təsir edən qərarlar verib. Bəlkə Ruslan Abışova haqsız qırmızı vərəqə göstərilməsəydi bu gün "Xəzər Lənkəran" sonuncu yerdə yox, daha üst pillələrdə olacaqdı. Düzdü, bu qərar sonradan ləğv edildi. Amma itirən yenə də "Xəzər Lənkəran" oldu".
AFFA İntizam Komitəsi Ruslan Abışovun qırmızı vərəqəsini sarı vərəqə ilə əvəz etdi. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bu qərarla razılaşmadığını və Rəhim Həsənovun doğru qərar verdiyini bildirib. Tuyqun Nadirovun isə bu açıqlamaya münasibəti belə oldu: "Biz hakimin qərarından narazı idik və bununla bağlı etirazımızı bildirdik. İntizam Komitəsi də ədalətli qərar verib, qırmızı vərəqəni ləğv etdi. İndi Xaqani Məmmədov bu qərarla razılaşmırsa, bu onun problemidir. Bir komitə sədrinin dediyini digər komitənin sədri təkzib edirsə, burda mənim və ya "Xəzər Lənkəran"ın günahı nədir?". //Fanat.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB