Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Siasport.az saytının məlumatına görə, planetin ən güclü 100 kişi, qadın və gənc şahmatçısının siyahısında 8 həmyerlimiz yer alıb.
Kişi qrossmeysterinin siyahısına 2843 xalla norveçli Maqnus Karlsen başçılıq edir. İlk onluqda Azərbaycan millisinin 1 üzvü yer alıb. Təmsilçilərimiz arasında ən yüksək göstəriciyə malik Teymur Rəcəbov 2792 xalla dünya dördüncüsüdür. Yüz ən yaxşı arasında daha 2 şahmatçımız qərarlaşıb. 2748 xalı olan Şəhriyar Məmmədyarov 14-cü, ondan 11 xal geridə olan Vüqar Həşimov 17-ci pillədədir.
Qadınlar üzrə isə təmsilçilərimiz reytinq cədvəlinə daxil olmayıblar. Əvəzində gənclərin reytinqində 3 şahmatçımız siyahıda yer alıb. Eltac Səfərli (2616) 11-ci, Vasif Durarbəyli (2584) 20-ci, Nicat Abbasov (2461) 89-cu sıradadır. Qızların reytinqində Xəyalə Abdulla 2223 xalla 46-cı, Nərmin Kazımova 2209 xalla 54-cüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB