Şakira azərbaycanlı azarkeşlərə müraciət etdi

Şakira azərbaycanlı azarkeşlərə müraciət etdi

Dünya şöhrətli super ulduz Şakira bu ay Bakıda keçiriləcək iki çıxışı ilə bağlı azərbaycanlı azarkeşlərə müraciət edib. Siasport.az saytının məlumatına görə, kolumbiyalı pop ulduz oktyabrın 13-də FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin final oyunundakı çıxışı və növbəti gün Bakı Kristal Zalında keçirəcək solo konserti ilə bağlı pərəstişkarlarına belə deyib: "Ümid edirəm ki, siz də mənim kimi oktyabr ayının on üçündə, eləcə də on dördündə Bakı Kristal Zalı canlandırmağı səbirsizliklə gözləyirsiniz".

Qeyd edək ki, Şakiranın Azərbaycandakı ilk çıxışı dünya çempionatının Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək final oyunundan öncə planlaşdırılıb.

Video üçün aşağıdakı linkə klik edin:

http://affavideo.az/?lang=az&menu=video&id=801

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com