Nuri Şahin "Liverpul"un vazkeçilməzinə çevrilir

Hazırda icarə əsasında "Liverpul"da oynayan türkiyəli futbolçu Nuri Şahin, göstərdiyi baxımlı futbol ilə hər kəsin rəğbətini qazanmağa başlayıb. Siasport.az saytı xəbər verir ki, xüsusi ilə son Kubok qarşılaşmasında və çempionat oyununda N.Şahinin vurduğu gözəl qollar, "Liverpul" azarkeşlərinin rəğbətini qazanıb. Onlar N.Şahinin birdəfəlik "Real"dan ingilis klubuna transfer olunmasını tələb edirlər. "Liverpul"un baş məşqçisi Brendan Rodgers ingiltərəli jurnalistlərlə söhbətində bildirib ki, şəxsən onun özü N.Şahinin gələn mövsüm də "Liverpul"da qalmasını istəyir: "Amma bu məsələ təkcə məndən asılı deyil axı. Məsələ burasındadır ki, N.Şahin "Real"a məxəsusudur. Əgər gələn mövsüm Joze Maurinyo onu yenidən "Real"a qaytarmaq istəsə, onda biz buna qarşı çıxa bimərik. Nurinin birdəfəlik transferi üçün isə "Real"ın bizdən nə qədər pul istəyəcəyini də indidən demək olmaz. Amma tam əminəm ki, N.Şahin "Liverpul" üçün olduqca uğurlu futbolçudur".

Bütün xəbərlər Facebook səhifəmizdə