Hakimimiz ÇL-in qrup mərhələsinə təyinat alıb

Təcrübləli voleybol hakimi Eldar Zülfüqarov kişilər arasında Çempionlar Liqasının qrup mərhələsində ədalət prinsiplərini qoruyacaq. Siasport.az saytının məlumatına görə, azərbaycanlı hakim birinci turun Kazanın "Zenit" və Belçikanın "Knakom" komandaları arasında keçiriləcək oyununa təyinat alıb.

Qeyd edək ki, sözügedən matç oktyabrın 24-də Sankt-Peterburqda baş tutacaq.

İkinci hakim qismində isə polyak Pavel Burkiyeviç təyin olunub.

Aydan Xanlarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə