Kapitanın 200-cü oyunu STATİSTİKA

Topaz Premyer Liqasının VIII turu "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev üçün əlamətdar olacaq. Siasport.az saytının məlumatına görə, klubun 8 illik tarixində ən çox oyun keçirən futbolçu olan yarımmüdafiəçi bu matçda yubiley qeyd edəcək.

Belə ki, AZAL-la oyunu Rahidin "Xəzər Lənkəran"ın heyətində 200-cü matçı olacaq. 2006-cı ilin yayında transfer olunan orta sahə oyunçusu indiyədək müxtəlif yarışlarda 199 dəfə "ağ-yaşıl" forma geyib.

Qeyd edək ki, komandası ilə birlikdə Birlik Kubokunun (2008), Azərbaycan çempionatının (2007/08) və 3 dəfə Azərbaycan kubokunun (2007/08, 2008/09, 2010/11) qalibi olan Əmirquliyev keçirdiyi 199 matçda 23 qol vurub. 2010/2011, 2011/2012 mövsümlərində isə Rahid Premyer Liqanın gümüş mükafatını əldə edib.

Mövsüm Turnir Oyun Dəqiqə Qol Vərəqə Qırmızı
2006/07 Çempionat 17 801 5 1 0
2006/07 Kubok 8 675 2 0 0
2007/08 Çempionat 16 1103 1 2 0
2007/08 ÇL 2 210 0 0 0
2007/08 Kubok 5 325 1 0 0
2008 Birlik Kuboku 6 277 3 0 0
2008/09 Çempionat 24 2017 4 3 0
2008/09 Kubok 3 253 0 0 0
2008/09 UEFA kuboku 2 180 0 1 0
2009/10 Çempionat 27 2236 1 5 0
2009/10 Kubok 5 404 0 0 0
2010/11 Avroliqa 2 180 0 1 0
2010/11 Çempionat 30 2548 0 4 0
2010/11 Kubok 6 515 1 0 0
2011/12 Avroliqa 2 180 0 0 0
2011/12 Çempionat 31 2790 5 5 0
2011/12 Kubok 3 198 0 0 0
2012/13 Avroliqa 4 359 0 4 1
2012/13 Çempionat 6 540 0 0 0
Cəmi 199 15791 23 26 1
Çempionat 151 12035 16 20 0
Kubok 30 2370 4 0 0
ÇL 2 210 0 0 0
Avrokubok 10 899 0 6 1
Birlik kuboku 6 277 3 0 0

Bütün xəbərlər Facebook səhifəmizdə