Raab üçün yubiley, Bandoviç üçün ilk

Topaz Premyer Liqasının VII turunda keçirilən "Sumqayıt" – "Bakı" oyunu hər 2 komandanın baş məşqçisi üçün əlamətdar olub. Siasport.az saytının məlumatına görə, meydan sahiblərinin çalışdırıcısı Bernhard Raab "Sumqayıt"ın "sükanı arxasında" yubiley – 10-cu qələbəsini qazanıb - 1:0. Almaniyalı buna 41-ci oyununda nail olub. 7 heç-heçə və 24 məğlubiyyəti də olan Raabın yetirmələri 38-ci qolunu vurdublarsa, 70 dəfə topu öz qapılarında görüblər.

"Bakı"nın serbiyalı baş məşqçisi Bojidar Bandoviç isə ölkəmizdə ilk məğlubiyyətini yaşayıb. Bu, onun 5-ci matçında gerçəkləşib. Bandoviçin hesabında 1 qələbə və 3 heç-heçə də var. Bu oyunlardakı top fərqi 5:4-dür.

Bütün xəbərlər Facebook səhifəmizdə