Kemal Alispahiç 5-ci oldu STATİSTİKA

Topaz Premyer Liqasının VII turu Kemal Alispahiçin "Rəvan" klubunun baş məşqçi postunda debütü ilə əlamətdar oldu. Siasport.az saytının məlumatına görə, 2009/10 mövsümündə "Muğan"da çalışmış bosniya və herseqovinalı 3 ildən sonra Azərbaycan çempionatına qayıtdı. Onun ölkəmizdəki son oyunu 2009-cu il noyabrın 29-da səfərdə "Standard"la qarşılaşma olmuşdu. Həmin vaxt 0:1 hesablı məğlubiyyətlə ölkəmizi tərk edən Alispahiç 1036 gündən sonra qayıdışında "Kəpəz"ə 1:2 hesabı ilə uduzdu.

Azərbaycanda 2 klubda baş məşqçi kimi çalışan mütəxəssislər sırasına düşən bosniya və herseqovinalı buna nail olan 5-ci çalışdırıcı oldu. Alispahiçədək Rasim Kara "Xəzər Lənkəran" və "Qarabağ", Kaxaber Sxadadze "Standard" və "İnter", Cüneyt Biçer "Bakı" və "Xəzər Lənkəran", Cokiça Haciyevski "Bakı" və "Simurq"da çalışmaqla bunu bacarmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə