Əvəzedicilər çempionatına istədiyi kimi start verə bilməyən "Qəbələ" ardıcıl 2 böyükhesablı qələbə qazanmaqla birincilikdəki iddiasını ortaya qoyub. Siasport.az saytının məlumatına görə, iki qarşılaşmada rəqiblərini 11 dəfə ("Qəbələ" - "Rəvan" 5:2, "Qəbələ" - AZAL 6:0) məyus edən komandanın oyun üslubunda yüksəliş hiss olunur. Təbii ki, sözügedən inkişafda komandanın baş məşqçisi Luis Araqonun əməyi danılmazdır. AZAL-la qarşılaşmadan sonra fikirlərini paylaşan ispan mütəxəssis zaman keçdikcə istədikləri oyun üslubunu ortaya qoyduqlarını, bunun da nəticələrdə özünü göstərdiyini bildirib: "Çempionatın startından öncə komandanın komplektləşməsi, yeni oyun üslubuna uyğunlaşması üçün müəyyən zamana ehtiyac olduğunu demişdik. Bu zaman kəsiyində tələblərimizi, istəklərimizi futbolçulara aşılamağa çalışdıq. Gərgin və müntəzəm məşqlərlə hədəflərimizə yaxınlaşırıq. Artıq istədiyimiz nəticələri almaqdayıq. Məqsədimiz kollektiv oyun nümayiş etdirən mübariz komanda formalaşdırmaqdır".
Aydan Xanlarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB