Bu gün Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi və Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) birgə təşkilatçılığı ilə keçirilən "Gənc Jurnalistlər Proqramı"nın iştirakçıları "Bakı" idman klubunun təlim-məşq bazasında olublar. Siasport.az saytının məlumatına görə, dünyanın 5 qitəsindən olan jurnalistlər klubun infrastrukturu ilə tanış olublar. Onları "Bakı" FK-nın vitse prezidenti Nail Əliyev və icraçı direktor Yaşar Seyidov qarşılayıb. Qonaqlar klubun bazasında olan Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önündə şəkil çəkdiriblər.
Jurnalistlərə klubun tarixi və nailiyyətləri barədə məlumat verilib. Proqram iştirakçıları Bazanın açıq və qapalı meydançaları, yeməkxanası, fiziki hazırlıq üzrə zalı, soyunub-geyinmə, konfrans, məşqçi və s. otaqları, media mərkəzi və futbol akademiyası ilə yaxından maraqlanıb, tanış olublar. Daha sonra isə qonaqlar üçün çay süfrəsi təşkil olunub.
Klubun vitse-prezidenti Nail Əliyev onlara xatirə hədiyyəsi təqdim edib. Qonaqlar da öz növbəsində AİPS-in tarixindən bəhs edən kitabı kluba hədiyyə ediblər. Hər bir jurnalistə "Bakı"nın simvollarını əks etdirən xatirə hədiyəsi verilib. Sonda xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB