Topaz Premyer Liqasının 7-cı turunda səfərdə "Sumqayıt"la qarşılşacaq "Bakı" hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, tam heyətlə məşqə çıxan komanda baş məşçqi Bojidar Bandoviçin tapşırıqlarını böyük həvəslə yerinə yetirir.
"Bakı" futbol klubunun təlim-məşq bazasının stadionunda baş tutan məşqdə taktiki və fiziki təmrinlər üzərində çalışan futbolçuların yüksək əhval-ruhiyyədə olduqları diqqətlərdən yayınmır.
Komandanın baş məşqçisi Bojidar Bandoviç, müdafiəçi İbrahim Karqbo və yarımmüdafiəçi Rəhman Hacıyev klub televiziyasına verdikləri müsahibədə bu turu qələbə ilə başa vurmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.
Xatırladaq ki, "Sumqayıt" - "Bakı" qarşılaşması 30 sentyabr 2012-ci il tarixdə Sumqayıt şəhərində baş tutacaq. Oyun saat 16.00-da başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB