"Neftçi” klubu sadəcə Azərbaycanın deyil, böyük türk dünyasının təmsilçisi olacaq”

"Neftçi” klubu sadəcə Azərbaycanın deyil, böyük türk dünyasının təmsilçisi olacaq”

"Gələn həftə, yəni oktyabrın 4-ü axşam saat 23.00-da bizdən gələcək sevindici xəbəri gözləyin". Siasport.az saytı xəbər verir ki, bu sözləri Türkiyənin "Cihan" Xəbər Agentliyinə "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Avropa Liqasının qrup mərhələsində "İnter"i qəbul edəcək "Neftçi"nin çalışdırıcısı rəqibin qitənin ilk 10 komandası arasında yer aldığını, amma İtaliya klubunun böyüklüyünün onları qorxutmadığını, əksinə oyuna daha yaxşı köklənmələrinə yardımçı olduğunu bildirib. "İnter"dən heç bir çəkinəcəklərinin olmadığını deyən Hacıyev, məqsədlərinin Azərbaycan futbolunu Avropada layiq olduğu şəkildə təmsil etmək olduğunu qeyd edib.


Avropa liqalarında Türkiyə komandalarından başqa türk olaraq, sadəcə "Neftçi"nin mübarizə aparmasını xatırladan Hacıyev komandasının qitə yarışlarında çıxış etməsinin onları qüqurlandırdığını və burada tək qalmamağı arzuladıqlarını bildirib: "Neftçi" klubu sadəcə Azərbaycanın deyil, böyük türk dünyasının təmsilçisi olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə