Premyer Liqanın son turunda keçirilən "Sumqayıt" - "Neftçi" oyunundan sonra insident yaşanıb. Siasport.az saytının məlumatına görə, oyun ərzində "Sumqayıt"ın üzvü Pərdis Fərcad-Azadla "atışan" "Neftçi"nin müdafiəçisi Elvin Yunuszadə qarşılaşma başa çatdıqdan sonra "razborka" çürütmək eşqinə düşüb.
Rəqib komandanın paltardəyişmə otağına yollanan Yunuszadə Pərdisə qarşı aqressivlik nümayiş etdirsə də, "Sumqayıt"lı futbolçular insidentin böyüməsinə imkan verməyiblər. Verdiyi açıqlamada hər iki futbolçu olayı təsdiqləyib. Rəqib paltardəyişmə otağına hücum edən Yunuszadə isə olayı şişirtməyə ehtiyac olmadığını deyib.//"Futbol+"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB