Bu gün Bakıdakı Şağan Olimpiya İdman Kompleksində karate üzrə III beynəlxalq "Baku Open" turniri başlayıb. Siasport.az saytının məlumatına görə, üç gün davam edəcək turnirdə 8 ölkədən 450-dək karateçi birincilik uğrunda mübarizə aparacaq.
Turnirin ilk günü böyüklər şəxsi kumite, digər yaş qrupları üzrə idmançılar isə kata yarışlarında qüvvələrini sınayacaq.
Qeyd edək ki, yarışın baş hakimi Yusif Məmmədov, baş katibi isə Mircabbar Seyidovdur.
Aydan Xanlarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB