Yunanıstanda yaranan maliyyə böhranı futbol klublarını fərqli yollara əl atmağa məcbur edib. Siasport.az saytı xəbər verir ki, məhz bu səbəbdən bir futbol klubu fahişəxana ilə anlaşmalı olub.
Belə ki, Larisa şəhərinin həvəskarlardan ibarət "Vukefalos" klubunun rəhbərliyi başqa sponspor tapmadığı üçün "Sula" adlı fahişəxana ilə razılıq əldə edib. Bu fahişəxanada 3 min insan çalışır.
"Sula"nın qadın rəhbəri Madam Hrisula sponsorluq üçün ödənən məbləği açıqlamayıb. Klubun rəhbəri Yiannis Bakiolas isə daha maraqlı açıqlama verib: "Futbolçulara sponsorumuzun kimliyini söylədikdə onlar çox təəccübləndilər. Amma ardınca qələbə mükafatının nə olacağını soruşdular. Komandamız qələbə qazananda futbolçularımız fahişəxanın xidmətindən pulsuz yararlana biləcək".
Yunanıstan futbolunda baş verən qəribəliklər bununla bitmir. "Vukefalos"in ardınca başqa bir futbol klubu da qəribə sponsporluq müqaviləsi imzalayıb. Belə ki, Trikala şəhərindəki "Polipirqos" həvəskar futbol klubu cənazə ləvazimatçısı olan bir firma ilə müqavilə bağlayıb.//Fanat.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB