Mişel Platini Bakıya gələcək

UEFA-nın prezidenti Mişel Platini Bakıya gələcək. Siasport.az saytının məumatına görə, M.Platini FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək final oyununu izləmək üçün ölkəmizə səfər edəcək.

Xatırladaq ki, dünya çempionatının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və FIFA-nın prezidenti Yozef Blatter iştirak etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə