İstanbulun "Fənərbaxça" futbol klubunun keçmiş meneceri Volkan Ballı, klub prezidenti Əziz Yıldırım haqqında sərt ittihamlar səsələndirib. Siasport.az saytı xəbər verir ki, V. Ballı, Ə.Yıldırımın klubla bağlı qərarlarının daha çox onun şəxsi fantaziyasına söykəndiyini deyərək, onun normal psixologiyaya sahib olmadığını dilə gətirib:
"O, qərarlarına tabe olmayan hər kəsi "Fənərbaxça"nın düşməni elan edir və rəqibinə hücum həyata keçirir. Məqsədi ancaq və ancaq özünün haqlı olduğunu hər kəsə göstərməkdir. Əslində məncə Ə.Yıldırım bir ruh xəstəsidir. Onun son vaxtlar komandanı iflasa aparan Aykut Kocamanı müdafiə edib, futbolçuları hədəfə alması da dediklərimi əyani olaraq təsdiq edir"-deyə V. Ballı fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB