"Milan"ın canlı əfsanəsi Fatih Terim haqqında danışdı

"Milan"ın canlı əfsanəsi Fatih Terim haqqında danışdı

İtalia futbolunun və "Milan"ın canlı əfsanələrindən sayılan Franko Baresi, hazırda İstanbulun "Qalatasaray" futbol klubunun baş məşqçisi olan Fatih Terim haqqında bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, "Milan"ın canlı əfsanəsi, "imperator"un vaxtı ilə çalışdırdığı "Milan"ın sükanı arxasından istefaya göndərilməsini böyük yanlışlıq kimi dəyərələndirib: "Bu çox böyük səhv idi. Bu xəta, İtaliyada futbolu idarə edənlərin səbrsiz olmaları və nəticəyə ac olmaları ilə sıx bağlı olan məsələdir. F.Terim "Milan"da qalsaydı, indi biz daha böyük uğurların şahidi olardıq. Təəsüf ki belə olmadı. Baxın, hazırkı baş məşqçi Allegri ilk gəldiyi il "Milan"ı çempion etdi, üstəlik İtaliya Superkubokunu da qazandırdı. İndi isə xoşagəlməz nəticələrə görə onu "topun ağzına" qoyublar"-deyə F.Baresi fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə