Dünən futbol üzrə İspaniya La Liqasında ötən turdan təxirə salınmış daha bir qarşılaşma keçirilib. Siasport.az saytı xəbər verir ki, türkiyəli Arda Turanın heyətində çıxış etdiyi Madrid "Atletiko"su, səfərdə "Betis"in qonağı olub. Madrid təmsilçisi, bi gərgin qarşılaşmadan 4:2 hesablı qələbə ilə ayrılıb. Oyun boyunca "Betis"in azarkeşləri və məşqçilər korpusu, ədalət təmsilçisinin qərarlarına qarşı etirazlarını bildirməklə yadda qalıblar. Bu nəticədən sonra Madird təmsiıçisi xallarının sayını 13-ə yüksəldərək, turnir cədvəlində "Barselona"dan sonra 2-ci yerə yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB